Başlıcaİctimaiyyət

Ermənistan istehsalı olan ilk peyk noyabrın sonunda SpaceX raketi ilə kosmosa göndəriləcək

Ermənistanın “Bazoomq” kosmik tədqiqat laboratoriyası “Hayasat-1” adlı Ermənistan istehsalı olan CubeSat formatlı peyk üzərində işləyir.

Bazoomq-un həmtəsisçisi, idarə heyətinin üzvü və texniki direktoru Hayk Martirosyan qeyd edib ki, peykin sınaqları sentyabrın sonunda başa çatacaq və noyabrda SpaceX Falcon-9 raketi ilə kosmosa göndəriləcək.

“Bizim vəzifəmiz bütün faktiki proseslərdən keçməkdir”,- deyə Martirosyanq eyd etdi.

Bazoomq bir neçə dost tərəfindən təsis edilmişdir. Halbuki onun əsası və kökü 35 il əvvəl qoyulub. 35 il əvvəl Avetik Qriqoryan AYAS kosmik elmlər klubunu təsis edib.

Martirosyan qeyd edib ki, Ermənistanın kosmik strategiyasının inkişafı sıfırdan başlayırlar. Sovet illərində Ermənistan həm mütəxəssislər, həm də elmi tədqiqatlar baxımından kosmik sektora kifayət qədər böyük töhfələr verib. Bilik bazası saxlandı. Martirosyan sabit addımlarla irəliləmək potensialını görür.

Onun sözlərinə görə, Ermənistan üçün güclü strategiya, güclü kosmik plan olmalıdır.

Daha çox göstər
Back to top button