BaşlıcaSiyasət

Paşinyan:  «Azərbaycan günlərdir ki, Dağlıq Qarabağla təmas xətti və Ermənistanla sərhəd boyu qoşun toplayır»

Ermənistanın Baş naziri Nikol Paşinyan qeyd edir ki, son bir həftədə Cənubi Qafqazda hərbi-siyasi vəziyyət xeyli pisləşib.

Alınan məlumata görə, bu haqda  Paşinyan hökumət iclası ərzində deyib.

“Səbəbi Azərbaycanın günlərdir ki, Dağlıq Qarabağla təmas xətti boyunca və Ermənistan-Azərbaycan sərhədi boyunca qoşun toplamasıdır.

Azərbaycan mətbuatında və təbliğat platformalarında anti-erməni nifrət ritorikası güclənib. Belə ki, işğalçılıq siyasəti Ermənistanın suveren ərazisində davam eməkdədir” – deyə Paşinyan bildirib.

Baş nazir xatırladıb ki, sentyabrın 1-də Azərbaycan silahlı qüvvələri Geqarkunik bölgəsinin Sotki sektorunda Ermənistanın suveren ərazisinə qarşı növbəti təxribat törədib, nəticədə Müdafiə nazirliyinin 3 hərbçisi həlak olub.

“Bu təxribatdan əvvəl Azərbaycan tərəfindən Ermənistan-Azərbaycan sərhədində Ermənistan Silahlı qüvvələrinin güya atəşkəs rejimini pozması ilə bağlı yalan xəbərlər yayılıb” – deyə Paşinyan  qeyd edib.

Daha çox göstər
Back to top button