BaşlıcaBeynəlxalq

Almaniya Laçın dəhlizinin açılmasını və DQ əhalisinə humanitar yardımın göstərilməsini zəruri hesab edir

Almaniya hökumətinin mətbuat və informasiya  üzrə idarəsi Almaniya kansleri Olaf Şolzla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığı ilə bağlı məlumat yayıb.

“Kansler Şolz Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Diqqət mərkəzində Ermənistanla Azərbaycan arasında sərhəd bölgəsində yaranmış gərgin vəziyyət olub.

Federal kansler son həftələr, xüsusilə də, gərginliyin durmadan artmasından, hərbi hissələrin hərəkətindən  dərin narahatlığını bildirib.

 Federal hökumət qətiyyətlə hər hansı hərbi eskalasiyadan çəkinməyə çağırır.İndi Dağlıq Qarabağ əhalisinə humanitar yardımın göstərilməsi, o cümlədən Laçın dəhlizinin açılması ilə bağlı tez bir zamanda razılığa gəlmək lazımdır.

Münaqişə Ermənistanla Azərbaycan arasında problem yalnız diplomatiya yolu ilə həll oluna bilər. İndi hamı gecikmədən bu məqsədə doğru konstruktiv şəkildə çalışmalıdır” – deyərək mesajda  bildirilib.

Bundan öncə  ER Baş nazirinin aparatı ER Baş naziri ilə Almaniya kansleri arasında telefon danışığı barədə məlumatlandırıb.

Daha çox göstər
Back to top button