BaşlıcaSiyasət

Biz Qafqazda baş verənləri diqqətlə və ciddi şəkildə izləməyə davam edirik: Nasir Kanani

İran Xarici İşlər Nazirliyi Azərbaycan hərbi qüvvələrinin hərəkəti ilə bağlı Ermənistanın narahatlığı məsələsinə toxunub.

“Biz Azərbaycan və Ermənistanın hakimiyyət orqanları ilə əlaqə saxlayırıq. ER səlahiyyətliləri Azərbaycandan yeni hərbi münaqişənin başlaya biləcəyindən narahat olduqlarını bildiriblər, lakin Bakı rəsmiləri bizə bildirdilər ki, onların hərbi hücum niyyəti yoxdur və son hərəkətlər qış ərəfəsində adi əməliyyatlardır, çünki dağlıq ərazilərdə nəqliyyatın hərəkəti getdikcə çətinləşir.

İran şimal qonşuları ilə ümumi sərhədlərinin təhlükəsizliyinə həssas yanaşır, biz sərhədlərimizin təhlükəsizliyinə zəmanət veririk və Qafqazda baş verənləri diqqətlə və ciddi şəkildə izləməyə davam edirik”,- İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında deyib.

Daha çox göstər
Back to top button