BaşlıcaSiyasət

Bu gün Ermənistanda erməni-amerikan hərbi təlimləri başlayır

Sentyabrın 11-20-də Ermənistanda “Qartal tərəfdaşı-2023” erməni-amerikan birgə hərbi təlimi keçiriləcək.

Təlim beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində Ermənistan Müdafiə Nazirliyinin sülhməramlı briqadasının “Zar” təlim mərkəzində və Müdafiə Nazirliyinin N təlim mərkəzində keçiriləcək.

Bu, sülhməramlı missiyalar zamanı münaqişə tərəfləri arasında sabitləşdirmə əməliyyatlarını nəzərdə tutur.

“Təlimlərin keçirilməsində məqsəd sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübə mübadiləsini həyata keçirmək, həmçinin Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığını artırmaq, cümlədən NATO/GCC “Əməliyyat İmkanı Konsepsiyası”nın planlı qiymətləndirilməsinə erməni bölməsinin hazırlığını artırmaq”,- Müdafiə Nazirliyi bildirdi. 

Daha çox göstər
Back to top button