BaşlıcaSiyasət

Paşinyan Azərbaycan prezidenti ilə təcili müzakirələr aparmağa hazırdır

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan həftəsonu bir sıra ölkələrin liderləri ilə telefon danışığı aparıb.

Bu haqda  ER hökumətinin mətbuat xidməti məlumatlandırıb.

Paşinyanın həmsöhbətləri arasında Fransa prezidenti Emmanuel Makron, İran Prezidenti İbrahim Rəisi, Almaniya kansleri Olaf Şolz, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və ABŞ dövlət katibi Entoni Blinken olub.

Söhbət zamanı Laçın dəhlizinin qanunsuz bağlanması nəticəsində Dağlıq Qarabağda dərinləşən humanitar böhrandan, Azərbaycan qoşunlarının Dağlıq Qarabağ ətrafında cəmləşməsindən, eləcə də Ermənistan-Azərbaycan dövlət sərhədində gərginliyin artması tendensiyalarından bəhs edilib.

Nikol Paşinyan 2022-ci iloktyabrın 6-da  Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə olunmuş razılaşmalar əsasında bütün məsələlərin müstəsna olaraq diplomatik vasitələrlə və konstruktiv atmosferdə həllinə sadiqliyini bir daha təsdiqləyib.

Ermənistanın Baş naziri və həmsöhbətləri vəziyyətin gərginləşməsini qəbuledilməz hesab edərək, regionda sülh və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar.

Nikol Paşinyan bu məqsədlə Azərbaycan prezidenti İlham Əliyev ilə təcili müzakirələr aparmağa hazır olduğunu vurğulayıb.

Daha çox göstər
Back to top button