ArtsaxBaşlıcaSiyasət

Ağdam yolunu bağlayan askeranlılar Laçın dəhlizinin də açılması şərti ilə Rusiyanın humanitar yardımının DQ-ya daxil olmasına icazə veriblər

Ağdam-Askeran yolunu bağlayan ermənilər Laçın dəhlizinin açılması ilə bağlı Rusiya tərəfinin üzərinə götürdüyü öhdəliklərə əməl etmək şərti ilə Rusiya humanitar yardımının Dağlıq Qarabağa daxil olmasına icazə veriblər.

Bu barədə “Armenpress”in müxbiri ilə söhbətində Askeran administrasiyasının mətbuat xidmətinin rəhbəri Anahit Petrosyan bildirib.

“Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşını Akna-Askeran yolunun hissəsində yerləşən nəzarət postunda yoxlanılıb, sonra Stepanakertə gedib. Əvvəllər Askeran şəhərinin aktivi ilə danışıqlar aparılıb və bu danışıqlar zamanı tərəflər Rusiya tərəfinin öhdəliyini saxlamaq şərti ilə yolun yalnız Rusiya avtomobili üçün açılması və Kaşatağ yolu da açılacağı (red. Laçın dəhlizi) barədə razılığa gəliblər»,- deyə Petrosyan əlavə edib ki, askeranlılar Akna-Askeran yolunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yük maşınları üçün bağlı saxlamaqda davam edirlər.

Daha çox göstər
Back to top button