Ermənistanın Baş naziri Nikol Paşinyan və Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan arasında telefon danışığı olub.
Ermənistanın Baş nazirinin iş heyətindən verilən məlumata görə, həmsöhbətlər Ermənistan-Türkiyə münasibətləri və regional məsələləri müzakirə ediblər.
Söhbət zamanı hər iki ölkənin liderləri vurğuladılar ki, regionda uzunmüddətli sülh və sabitliyə nail olunması bütün region ölkələrinin inkişafına və çiçəklənməsinə töhfə verəcək.
Tərəflər bu istiqamətdə diplomatik səyləri davam etdirəcəklərini qeyd ediblər.