BaşlıcaSiyasət

Təlimlərin Yerevanla Bakı arasındakı gərginliklə heç bir əlaqəsi yoxdur: Dövlət Departamenti

ABŞ və Ermənistan qoşunlarının birgə hərbi təlimləri adi xarakter daşıyır və Yerevanla Bakı arasındakı gərginliklə heç bir əlaqəsi yoxdur. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller bildirib.

O qeyd edib ki, ABŞ 2003-cü ildən Ermənistanla təhlükəsizlik sahəsində əməkdaşlıq edir. O qeyd edib ki, son məşqlər “heç bir başqa hadisələrlə əlaqəli olmayan müntəzəm məşqlərdir”.

Qeyd edək ki, 10 günlük “Artsiv partnyor-2023” hərbi təlimlərində 85 amerikalı və 175 erməni hərbçisi iştirak edir. Təlimin məqsədi Ermənistan hərbçilərini beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlamaqdır.

Daha çox göstər
Back to top button