BaşlıcaSiyasət

“Biz RF hakimiyyətini Laçın dəhlizi boyunca maneəsiz hərəkəti təmin etmək üçün fəal addımlar atmağa çağırırıq”

Ermənistan parlamentinin “Hayastan” fraksiyası Rusiya hakimiyyətini Laçın dəhlizində insanların və yüklərin ikitərəfli hərəkətini təmin etmək üçün fəal və təsirli addımlar atmağa çağırır.

Verilən məlumata görə, bu haqda fraksiya lideri Seyran Ohanyan parlamentdə olan çıxışı zamanı deyib.

Müxalifət fraksiyasının rəhbəri həmçinin hakimiyyəti anti-Rusiya əhval-ruhiyyəsini qızışdırmağa və Ermənistanın xarici siyasət vektorunu dəyişməyə cəhd etməkdə ittiham edərək, buna son qoymağa çağırıb.

Ohanyanın sözlərinə görə, hətta bu gün AQarabağ  ermənilərinin minimum təhlükəsizliyi də Rusiya Federasiyasının sülhməramlıları tərəfindən təmin edilir.

“Cənubi Qafqazın təhlükəsizlik arxitekturası region xalqlarının etnik-dini tərkibini, resurslarını, tranzit və kommunikasiya potensialını, habelə qarşılıqlı çəkindirmə qüvvələrinin və vasitələrinin bölgüsünü nəzərə alaraq, hərbi əməliyyatlar riskini minimuma endirməlidir.

Ən azı, Rusiya Federasiyasının iştirakı olmadan belə bir təhlükəsizlik arxitekturasının tikilə biləcəyini düşünmək siyasi uzaqgörənlik oyunudur.

Erməni xalqının əhəmiyyətli bir hissəsi Qarabağ münaqişəsinin ədalətli həlli və Rusiya Federasiyasının fəal iştirakı ilə iki qonşu türk dövləti ilə dinc yanaşı yaşama şərtini irəli sürür” – deyə Ohanyan bildirib.

O, Rusiyanın regionda hazırkı neytral, konstruktiv, vasitəçilik siyasətini anlaşılmaz və qəbuledilməz hesab edib.

“Biz RF hakimiyyətini regionda öz tarixi təhlükəsizlik öhdəliklərinə sadiq olmağa, Kaşatağ (Laçın) dəhlizində insanların və malların ikitərəfli maneəsiz hərəkətini təmin etmək üçün aktiv və təsirli addımlar atmağa çağırırıq” – deyərək  Ohanyan yekunlaşdırıb

Daha çox göstər
Back to top button