
Mərkəzi Bank bu il üçün iqtisadi artım proqnozunu 7,2 faizə qaldırıb.
Aldığımız məlumata görə, bu haqda Mərkəzi Bankın rəhbəri Martin Qalstyan mətbuat konfransı zamanı deyib.
“Biz iqtisadi artım indeksini çox cüzi dərəcədə yenidən nəzərdən keçirdik: əvvəllər proqnozlaşdırılan 6,9 əvəzinə indi biz 7,2 faiz proqnozlaşdırırıq, bu, əsasən, xidmət və tikinti sektorlarının yüksək artım templəri ilə əlaqədardır”- deyə Qalstyan qeyd edib.