
Ermənistan Respublikasının Əmək və Sosial Məsələlər Nazirliyi tərəfindən həyata keçirilən hərbi əməliyyatlarda iştirak etmiş və məcburi hərbi xidmətdən tərxis olunmuş işsizlərin məşğulluğunun təmin edilməsi proqramına tələbat artır.
Ötən ildən başlayan bu proqramın 200 benefisiar üçün həyata keçirilməsi nəzərdə tutulsa da, il ərzində tələbat yüksək olub və proqram genişləndirilib, nəticədə 280 benefisiar iştirak edib.
Bu barədə “Armenpress”in mətbuat zalında keçirilən mətbuat konfransında ER Əmək və Sosial Məsələlər Nazirliyinin əmək və məşğulluq şöbəsinin müdiri Jora Sargsyan bildirib.
Proqram çərçivəsində dövlət həm benefisiarı, həm də onların işəgötürənlərini dəstəkləyir. Vacib bir şərt ondan ibarətdir ki, benefisiar ən azı bir il işəgötürənlə iş münasibətində olmalıdır.