BaşlıcaSiyasət

Tatoyan vəziyyəti Karolin Koksa təqdim edib:  “Aydındır ki, Azərbaycan hakimiyyətinin sülh niyyəti yoxdur”

Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Baronessa KKerolayn  Koksla görüşdüm. Bu barədə Ermənistanın keçmiş İnsan haqları müdafiəçisi Arman Tatoyan məlumatlandırıb.

“Nümayəndə heyətinə həmçinin  Beynəlxalq Xristian Həmrəyliyinin (CSl) beynəlxalq  rəhbəri  Con Elbner və  Yardım Xeyriyyə Təşkilatının (HART UK) baş direktoru Sem Meyson da daxil idi.

Görüş zamanı qeyd etdim ki, Azərbaycan hökuməti həm Ermənistana, həm də Qarabağa qarşı cəzasız olaraq erməni nifrətli, faşist siyasəti həyata keçirir. Bu, etnik erməni mənliyinə qarşı yönəlib, bu açıq şəkildə soyqırımdır.

Azərbaycan artıq 273 gündür Qarabağı bloklayıb. 120.000 etnik erməni (o cümlədən 30.000 uşaq) qəsdən aclıq çəkir, dərman və həyati əhəmiyyətli mallardan məhrumdur.

Azərbaycan hakimiyyəti mülki şəxslərin oğurlanması ilə məşğuldur. Hazırda Laçın dəhlizinə alternativ kimi təklif olunan Ağdam yolu Qarabağ erməniləri üçün ontoloji təhlükə və tələdir.

Mən Azərbaycanın  silahlı zabitlərinin Ermənistanın Geqarkunik, Syunik və Vayots Dzor bölgələrinə qanunsuz basqınları ilə bağlı faktları da təqdim etdim.

Həmin sərhəd sakinləri cinayət əməlləri ucbatından otlaq və əkin sahələrindən, ailə gəliri əldə etmək imkanlarından məhrum ediliblər. İnsanların həyatı, əmlak və digər hüquqları, ləyaqəti, təhlükəsizliyi pozulur.

Görüş zamanı onu da qeyd etdim ki, Azərbaycan Ermənistan tərəfinin əsirlərini qanunsuz olaraq saxlamaqda davam edir, bu məsələni siyasi alver predmetinə çevirir, əsirlərin, itkin düşənlərin ailələrinə əziyyət verir, Ermənistan cəmiyyətini gərginlikdə saxlayır.

Görünən odur ki, Azərbaycan hakimiyyətinin sülh niyyəti yoxdur. Üstəlik, onlar son vaxtlar Ermənistan və Qarabağla sərhəddə silahlı qüvvələrin, o cümlədən vəhşilikləri ilə tanınan “Yaşma” və “Komando” xüsusi təyinatlılarının toplantılarını həyata keçiriblər.

Görüşün sonunda biz yeni birgə proqramlar da daxil olmaqla əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəldik.

Daha çox göstər
Back to top button