Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Sargis Xandanyan jurnalistlərlə brifinq zamanı Rusiyanın Ağdam yolu ilə göndərdiyi humanitar yüklərin Dağlıq Qarabağa daxil olmasına toxunub:
“Ermənistanın mövqeyi bundan ibarətdir ki, Laçın dəhlizi, noyabrın 9-da imzalanmış bəyanata və Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əsasən, hansı yolların, nə vaxt və nə formada açılacağından asılı olmayaraq, bütün növ ikitərəfli daşımalar üçün dərhal açılmalıdır.
Başqa yollarla bağlı fikir bildirmək istəməzdim, çünki buna DQ hökuməti və xalqı qərar verir”.