BaşlıcaBeynəlxalq

NATO-da təsdiqlədilər: Ermənistanı bloka üzv olmağa çağıran Fellingerin təşkilatla heç bir əlaqəsi yoxdur

Fellingerin NATO ilə rəsmi əlaqəsi yoxdur. Bu barədə NATO mətbuat xidmətinin nümayəndəsi Daniele Riqqonun jurnalistin sorğusuna verdiyi cavabda qeyd olunub.

Xatırladaq ki, bir qədər əvvəl NATO-nun Avropanın Genişlənmə Komitəsinin təsisçisi Günter Fellinger özünün “Х” mikrobloqunda yazıb. “Mən Ermənistanı uğursuz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağa və NATO-ya üzv olmağa çağırıram. Nikol Paşinyan, Ermənistanı müdafiə edin”.

“Həmin yanaşmalar və fikirlər onun özünündür və alyansın nöqteyi-nəzərini əks etdirmir. Adına (təşkilatın – red.) baxmayaraq, o, NATO komitəsi və ya orqanı deyil” – deyərək  Daniel Riqqonun sorğumuza cavabında  bildirilib..

Qeyd edək ki, “NATO-nun Genişlənməsi üzrə Avropa Komitəsi” Fellingerin “X” səhifəsində “qeyri-hökumət və qeyri-kommersiya təşkilatı” kimi qeyd olunub.

Daha çox göstər
Back to top button