BaşlıcaBeynəlxalq

Avropa parlamentində İnsan haqlarının potuntuları üçün Azərbaycana qarşı  qətnamə  qəbul eidilib

Avropa Parlamenti Azərbaycanda qanunsuz həbs edilən tanınmış müxalifət xadimi Qubad İbadoğlunun azadlığa buraxılmasını tələb edən, Azərbaycanda insan haqlarının ciddi şəkildə pozulmasını məhkum edən, habelə insan hüquqlarının pozulmasına yol verən Azərbaycan məmurlarına qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.

Qətnamə 539 lehinə, 6 əleyhinə və 24 bitərəf olmaqla qəbul edilib.

Avropa Parlamentinin qətnaməsində qeyd olunub ki, Qubad İbadoğlu 2023-cü ildə vəhşicəsinə hücuma məruz qalıb və özbaşınalıqla  həbs edilib.

 İyulun 23-də o, şübhəli ittihamlarla hələ də həbsdədir. O, Azərbaycan hökumətini korrupsiya, dövlət maliyyəsinin səmərəsiz idarə edilməsi, şəffaflığın olmaması ilə bağlı kəskin tənqid etməsi ilə tanınır.

Qətnamənin mətninə əsasən, onu “saxta ittihamlarla” 12 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

Avropa Parlamentinə təqdim olunan qətnaməyə əsasən, hazırda Azərbaycanda jurnalistlər, hüquq müdafiəçiləri və müxalif siyasətçilər də daxil olmaqla 200-ə yaxın siyasi məhbus var.

Qətnamədə Azərbaycanda insan hüquqlarının pozulması hallarının bütün ikitərəfli görüşlər və gələcək tərəfdaşlıq sazişlərinin imzalanması ilə bağlı danışıqlar zamanı gündəmə gətirilməsi tələb olunur.

Qeyd olunur ki, bu müqavilələrin bağlanması üçün bütün siyasi məhbusların azadlığa buraxılması şərt olmalıdır.

Daha çox göstər
Back to top button