BaşlıcaSiyasət

Paşinyan DQ ermənilərinin təxliyəsi ilə bağlı müzakirələri təhlükəli hesab edir və əmin edir ki, gündəmdə belə bir məsələ yoxdur

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ əhalisinin təxliyəsi məsələsinin gündəmdə olmadığını vurğulayır. Baş nazir belə bir məsələnin müzakirəsini belə təhlükəli hesab edir, çünki onun fikrincə, insanların Dağlıq Qarabağdan çıxmasından danışmaq Dağlıq Qarabağ ermənilərinin etnik təmizləmə və depatriasiyası ilə razılaşmaq demək olardı.

Bu barədə Baş nazir “POLITICO Europe” nəşrinə müsahibəsində bildirib.

“Mən bilirəm ki, bu cür söz-söhbətlər yayılır. Təbii ki, bilmirəm və kim tərəfindən təxmin edilir, amma Dağlıq Qarabağdan çıxışdan danışmaq Dağlıq Qarabağ ermənilərinin etnik təmizləməyə və depatriasiyasına razılıq vermək deməkdir, çünki bu insanlar öz evlərində yaşayırlar.

Siz başa düşdünüzmü ki, biz etnik təmizləmədən danışanda etnik təmizləmə aləti insanları,hər kəsi fiziki cəhətdən məhv etmək məcburiyyətində deyil?

Hər hansı bir soyqırımın iki hissəsi var.Bir hissəsi qırğın,digər hissəsi deportasiyadır. Əvvəla onu deyim ki, gündəmdə belə bir mövzu yoxdur.

Üstəlik, beynəlxalq ictimaiyyətin nümayəndələri də çox açıq deyirlər ki, xalqın, Dağlıq Qarabağ ermənilərinin öz evlərində, yaşamaq imkanı olmalıdır.

 Dağlıq Qarabağ, qorxu və təqiblər olmadan, ləyaqətli, təhlükəsiz və firavan həyatla yaşamalıdır” – deyə  ER Baş naziri bildirib.

ER hökumətinin ən pis senaridə Dağlıq Qarabağ ermənilərinin humanitar təxliyəsi barədə düşünüb-düşünmədiyi və bu cür fövqəladə hallarla bağlı ER hökumətinin planının olub-olmaması ilə bağlı suala Baş nazir belə cavab verib:

“Biz bu münaqişənin baş verməməsi üçün hər şeyi etməliyik. Və hesab edirəm ki, bu gün Dağlıq Qarabağa yönələn beynəlxalq diqqət, Dağlıq Qarabağda sülhməramlıların olması kifayət qədər mexanizmə çevrilməlidir ki, Dağlıq Qarabağ ermənilərinin yaşamaq imkanı olsun.

Ümumiyyətlə, bu mövzunun müzakirəsini faydasız və təhlükəli hesab edirəm, çünki belə mövzuları dövriyyəyə buraxanlar gündəmi masaya gətirməyə çalışırlar ki, bu da aşağıdakıları ifadə edir:

 etnik təmizləmə və soyqırım gündəmini beynəlxalq səviyyədə qanuniləşdirək. Dağlıq Qarabağ erməniləri, kimlər ki,  Dağlıq Qarabağdan qurtula biliərsə, yaxşı, kimlər bacarmırsa, qoy qırsınlar.

Başqa sözlə, bu düşüncə xətti, məncə, dolayısı ilə Dağlıq Qarabağ ermənilərinin etnik təmizləmə və soyqırıma məruz qalması gündəmini təşviq edir”.

Daha çox göstər
Back to top button