BaşlıcaSiyasət

Paşinyanın partiyası Yerevanla Bakı arasında sülh müqaviləsi üzrə mübahisəli məqamları açıqlayıb

Ermənistanın hakim “Mülki müqavilə” partiyasının katibi Yerevan və Bakının sülh müqaviləsi layihəsi üzrə hələlik razılığa gələ bilmədiyi əsas məqamları açıqlayıb.

Partiyanın katibi Artur Hovhannisyanın sözlərinə görə, həmin məqamlar arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması, Dağlıq Qarabağ sakinlərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın suverenliyinin qorunması yer alır.

Hovhannisyan jurnalistlərə bildirib ki, bəzi təfərrüatların indi ictimaiyyət üçün işıqlandırılmasına ehtiyac yoxdur.

Bu kontekstdə Hovhannisyan Ermənistanın Baş naziri ilə Azərbaycan prezidenti arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı əldə edilmiş razılaşmanın indiyədək yerinə yetirilməməsinə diqqət çəkib.

Daha çox göstər
Back to top button