BaşlıcaSiyasət

“Qartal-Tərəfdaş-2023” hərbi təliminin əsasını təhlükəsizlik sahəsində uzun müddətdir davam edən ER-ABŞ əməkdaşlığı təşkil edir

ABŞ-nin 10-cu dağatıcı diviziyasının komandanı general-mayor Qreqori Anderson və ABŞ-nin Avropa və Afrikadakı qoşunlarının əməliyyat qərargahı rəisinin müavini, briqada generalı Patrik Ellis Ermənistanda səfərdədir.

Məlumatı ABŞ-nin Ermənistandakı səfirliyi yayıb.

Bildirilib ki, generallar və ABŞ-nin Yerevandakı səfiri Kristina Kuinn “Days” təlim mərkəzində “Qartal-Tərəfdaş-2023” hərbi təlimlərinin gedişini müşahidə ediblər.

Qeyd edək ki, “Qartal-Tərəfdaş” təlimi sülhməramlılar üçün təlimdir. Təlim sentyabrın 11-də başlayıb və 20-dək davam edəcək. Hərbi tədbirə ABŞ-nin 85, Ermənistanın isə 175 hərbçisi qatılıb.

““Qartal-Tərəfdaş” təlimi Ermənistanla uzunmüddətli əməkdaşlığımızın sübutudur, onun əsasını təhlükəsizlik və sülhməramlılıq sahələrində bizim əməkdaşlığ təşkil edir”,-deyə səfir qeyd etdi.

“Bizim Ermənistanla çoxtərəfli əməkdaşlıq əlaqələrimiz var. Birləşmiş Ştatlar Ermənistan Silahlı Qüvvələrinə, xüsusən də kütləvi qırğın silahlarının yayılmaması və sülhməramlı fəaliyyət kimi mühüm sahələrdə potensialın artırılması sahəsində ardıcıl dəstək verib”, – deyə general-mayor Anderson bildirib.

Daha çox göstər
Back to top button