ArtsaxBaşlıcaSiyasət

BQXK Laçın dəhlizi və Ağdam yolu ilə Dağlıq Qarabağa humanitar yardım daşıyıb

Sentyabrın 18-də Beynəlxalq Qızıl Xaç Komitəsi Laçın dəhlizi və Ağdam yolu ilə Dağlıq Qarabağda ehtiyacı olan insanlara un və mühüm tibbi ləvazimatlar çatdırıb.

BQXK-nın bəyanatında deyilir ki, bu, “qərar verənlər arasında humanitar konsensusa nail olmaq üçün göstərilən diplomatik səylər sayəsində” mümkün olub.

“Humanitar yardıma arxalanan bir çox insanın nəhayət yaxın günlərdə çox ehtiyac duyulan dəstəyi alacağı bizi çox təsəlli edir. Səhiyyə ocaqlarında tibbi ləvazimat yoxdur. İnsanlar saatlarla çörək növbəsində dayanırlar. Onların müntəzəm humanitar çatdırılmalarla davamlı yardıma ehtiyacı var. Bu konsensus komandalarımıza bu həyat qurtaran işi bərpa etməyə imkan verdi”, – BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Arian Bauer bildirib.

007.jpg (126 KB)

Bəyanatda qeyd edilir ki, BQXK son həftələrdə “qərar qəbul edənlər”lə danışıqlar aparırdı, müxtəlif marşrutlar, o cümlədən Laçın dəhlizi və Ağdam yolu ilə bölgəyə yardımın çatdırılması variantlarını müzakirə edirdi.

BQXK-nın regional direktoru ümidvar olduğunu bildirib ki, humanitar yüklərin çatdırılması davamlı olacaq.

photo_2023_09_18_10_09_55.thumb.jpg (125 KB)
379591656_253837353744769_753538637275468957_n.jpg (130 KB)
379631730_271177015794117_4795515272262386687_n.jpg (158 KB)
Daha çox göstər
Back to top button