BaşlıcaSiyasət

DQ hakimiyyəti Laçın dəhlizinin və Ağdam yolunun eyni vaxtda istifadəyə verilməsi təklifini qəbul edib

Qarabağ hakimiyyət orqanları Beynəlxalq Qızıl Xaç Komitəsinin nəqliyyat vasitələri ilə Laçın dəhlizi və Ağdam yolu ilə eyni vaxtda humanitar yüklərin daşınması təklifi ilə razılaşıblar. Verilən məlumata görə, bu haqda Qarabağın  informasiya qərargahı məlumatlandırıb.

“Azərbaycanın Qarabağı mühasirəyə alması nəticəsində yaranan böhran günü-gündən dərinləşir. Hökumət taxıl tədarükü və çörək zavodlarına un tədarükü prosesini gərgin şəraitdə təşkil edir və təəssüf ki, gündəlik 200 qram çörəyi təmin etmək həmişə mümkün olmur. Hər gün çek sistemi ilə vətəndaşa çörək verilir.

DQ hakimiyyət orqanları ölkədə fəlakətin dərinləşməsini və təhlükəsizlik vəziyyətini nəzərə alaraq, Beynəlxalq Qızıl Xaç Komitəsinin Stepanakert ofisinin və Rusiya hərbi qrupunun komandanlığının birgə təklifini qəbul etmək qərarına gəliblər.

Berdzor dəhlizi, Qoris-Stepanakert şossesi və Akna-Stepanakert

Prosesin təşkili həm vətəndaşlarımızın həyatı və sağlamlığı üçün təhlükələri neytrallaşdırmaq, həm də Berdzor dəhlizi ilə humanitar yüklərin daşınmasını təmin etmək üçün lazımdır” – deyərək məlumatda bildirilir.

Daha çox göstər
Back to top button