BaşlıcaSiyasət

Paşinyan: “Ermənistan xarici siyasət vektorunu dəyişə bilməz”

Ermənistanın Baş naziri Nikol Paşinyan əmin edir ki, Ermənistan xarici siyasət vektorunu dəyişə bilməz, o, həmişə ölkənin dövlət maraqlarına uyğundur.

Aldığımız məlumaa görə, bu haqda  Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

Baş nazir əmin edib ki, Ermənistanın xarici siyasəti şəffafdır. O, Ermənistanın öz xarici siyasi vektorunu dəyişdirdiyi ilə bağlı ifadələri  düzgün olmadığını qeyd edib.

“Ermənistan xarici siyasət vektorunu dəyişə bilməz, o mənada ki, Ermənistanın xarici siyasəti həmişə Ermənistanın dövlət maraqlarına uyğun olub. Ermənistanın xarici siyasəti həmişə Ermənistanın milli maraqlarına əsaslanır” – deyərək Paşinyan bildirib.

Baş nazir Rusiya Prezidenti Vladimir Putinə ünvanlanmış məktuba toxunaraq bildirib ki, orada 7-8 telefon danışığı zamanı təqdim etdiyi Ermənistan-Azərbaycan sərhədində və Dağlıq Qarabağın təmas xəttində vəziyyətin qiymətləndirilməsini təqdim edib.

Daha çox göstər
Back to top button