
Sentyabrın 19-da Azərbaycanın Dağlıq Qarabağa qarşı həyata keçirdiyi genişmiqyaslı hücum nəticəsində Ermənistan tərəfinin biri uşaq olmaqla azı iki qurbanı var. Artsax hüquq müdafiəçisi Geğam Stepanyan X (keçmiş Twitter) səhifəsində məlumat verib.
“Mülki əhali, o cümlədən uşaqlar arasında çoxlu qurbanlar və yaralılar var. Əldə edilən məlumata görə, hazırda azərbaycanlıların hücumları nəticəsində biri uşaq olmaqla azı iki qurban, o cümlədən 8-i uşaq olmaqla 11 yaralı var”, – deyə Geğam Stepanyan yazıb.