BaşlıcaSiyasət

Levon Aronyan: İnanıram ki, sadə azərbaycanlılara Qarabağın blokadası lazım deyil

Ermənistan şahmat komandasının keçmiş lideri və ABŞ komandasının üzvü Levon Aronyan sosial şəbəkələrdəki paylaşımında Qarabağın blokadasını pisləməyə və onun aradan qaldırılmasına töhfə verməyə çağırıb.

“Əziz dostlar, mən sizlərlə hörmət, həyəcan və hisslərimi bölmək istəyirəm.

Mən sizə hər gün düşündüklərimi yazıram, mən rus dilində yazıram, çünki ümid edirəm ki, bu mənə ürəyimdəkiləri aydın ifadə etməyə imkan verəcək.

Qohumlarımın yaşadığı Stepanakert şəhəri, bütün Qarabağ 9 aydan çoxdur ki, mühasirədədir. Uşaqların, o cümlədən ürək xəstəlikləri olan qocaların normal inkişafı üçün zəruri olan dərman preparatları da daxil olmaqla, ərzaq təminatı praktiki olaraq yoxdur.

Artıq dünya “soyqırım” sözünü işlətməyə başlayır. Və bu 21-ci əsrdə.

Blokada nə zərurətdən, nə strateji əhəmiyyətdən, nə də başqa səbəbdən baş verib. Ümumiyyətlə, sadə insanların ən zəruri şeylərdən, ilk növbədə ərzaqdan, həmçinin qazdan, işıqdan məhrum olmasının səbəbini dəqiqləşdirmək çətindir.

Mən inanıram ki, sadə azərbaycanlılara bu blokada lazım deyil. Bu, Allahın qanunundan və ümumbəşəri əxlaqdan üstün tutan insanın davranışının bir hissəsidir.Adam, kim ki, mənim  Xalqımın nümayəndələrinə “itlər”adlanıdırır. Həmin adamın adı İlham Əliyevdir.

Düşünmürəm ki, insani keyfiyyətləri milliyyətiilə  müəyyən edilir. Bütün xalqların pis və yaxşı insanları və cəhətləri  var.

Amma yaxşı insanlar var ki,onlar susurlar  pis insanlardan qorxduqları üçün susurlar. Susmaqdan yorulmuşam və 120 min insanın necə aclıqdan ölməsinə baxa bilməyən mərhəmətli insanların əksəriyyətini düşünürəm.

Qrosmayster yoldaşlarıma müraciət edirəm. Bizim susmağımızla baş verənlərə haqq qazandırmağa haqqımız yoxdur. Və əminəm ki, İlham Əliyevin Qarabağ xalqı üçün yaratdığı qeyri-insani vəziyyət mənim azərbaycanlı həmkarlarımı qətiyyən maraqlandırmır.

Gəlin oyanaq, insanlar. Biz sükutla insanlığın əsrlər boyu utanacağı bir şeyə yol verə bilmərik. Biz baş verənlər barədə danışmağa və bu biabırçı vəziyyəti dəyişə bilənlərin dinləməsinə borcluyuq” – deyərək  Levon Aronyan öz Facebook səhifəsində yazıb.

Daha çox göstər
Back to top button