Sentyabrın 21-də BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağdakı vəziyyətə həsr olunmuş sessiyası planlaşdırılır. Bu barədə TASS-a dünya təşkilatının mənbəsi məlumat verib.
“Görüş cümə axşamı baş tutmalıdır”, – agentliyin həmsöhbəti bildirib. Görüşün Nyu-York vaxtı ilə günorta saatlarında baş tutacağı gözlənilir.
Bu günlərdə Birləşmiş Millətlər Təşkilatında BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi keçirilir, ona görə də iclasda bir sıra nümayəndə heyətlərinin rəhbərləri iştirak edə bilər.