BaşlıcaSiyasət

BQXK Dağlıq Qarabağda mülki əhalinin yaşamaq hüququna hörmət etməyə çağırır

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) bəyanat yayaraq, BQXK-nın köməyinə ehtiyacı olan hər kəsin ona müntəzəm və maneəsiz daxil olmasına çağırıb.

Alınan məlumata görə, BQXK-nın bəyanatında xüsusi qeyd olunur:

“BQXK hərbi hakimiyyət orqanlarını beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərə uyğun olaraq, hər zaman mülki insanların həyatına və mülki infrastruktura hörmət və mühafizə olunmasını təmin etmək üçün lazımi tədbirlər görməyə çağırır…”.

BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Ariane Boyer hərbi hakimiyyət orqanlarını mülki həyatı qorumaq üçün əllərindən gələni etməyə çağıraraq bildirib:

 “Biz əhalinin istənilən artan humanitar ehtiyaclarına cavab verməyə və regionda işimizi davam etdirməyə hazırıq”.

BQXK iki xəstəxanaya lazımi tibbi ləvazimatları təhvil verdiyini və yaxın gələcəkdə yeni ləvazimatlar hazırlamağı planlaşdırdığını açıqladı.

BQXK-nın bəyanatında deyilir: “Bir daha ehtiyacı olanlara çatmaq üçün müntəzəm və maneəsiz girişə çağırırıq”.

Daha çox göstər
Back to top button