BaşlıcaSiyasət

Ermənistana aid olmayan mətndə Ermənistanın adının çəkilməsi mənim fərziyyəmi əsaslandırır: Paşinyan

Baş nazir Nikol Paşinyan hesab edir ki, Dağlıq Qarabağda atəşkəslə bağlı Ermənistana aidiyyatı olmayan mətndə Ermənistanın adının çəkilməsi Dağlıq Qarabağa qarşı hücumun məqsədlərindən birinin Ermənistan Respublikasını hərbi əməliyyatlara cəlb etmək olduğu barədə fərziyyəni, qiymətləndirməni əsaslandırır. Bu barədə Nikol Paşinyan canlı efirdə bildriib.

Mətndə Ermənistan Respublikasının Silahlı Qüvvələrinin adı çəkilir, Qarabağ Respublikası Silahlı Qüvvələrinin qalan bölmələrindən bəhs edilir. Lakin Ermənistan dəfələrlə bəyan edib ki, 2021-ci ilin avqustundan Ermənistanın Dağlıq Qarabağda ordusu yoxdur.

“Ermənistan Respublikası ilə heç bir əlaqəsi olmayan mətndə ER-nin adının çəkilməsi mənim dünənki fərziyyəmə, yanaşmama və qiymətləndirməmə haqq qazandırır ki, Dağlıq Qarabağa qarşı hücumun məqsədlərindən biri Ermənistan Respublikasını hərbi əməliyyatlara cəlb etməkdir. Təbii ki, mənim üçün bir qiymətləndirmə ondan ibarətdir ki, ER-ni hərbi əməliyyatlara cəlb etmək mümkün olsaydı, onun dərin hədəfi ER-nin müstəqilliyi və suverenliyi olmalıdır”, – deyə baş nazir bildirib.

Paşinyan vurğulayıb ki, hazırda ən vacib məsələ Dağlıq Qarabağ ermənilərinin öz evlərində yaşamaq hüququnun Rusiya Federasiyası tərəfindən tam təmin olunmasıdır.

Daha çox göstər
Back to top button