Stepanakert yaxınlığında atəş dayanıb. Bu barədə “Armenpress”in müxbiri ilə söhbətində Stepanakert sakini Gayane Gevorqyan məlumat verib və əlavə edib ki, saat 13:00-dan sonra atəş səsləri eşidilməyib.
“Hələlik insanlar sığınacaqları tərk etməkdə tərəddüd edir, onların yalnız bir hissəsi kkənarda dayanır, belə demək mümkünsə, təmiz hava ilə nəfəs alır”, – deyə Gevorqyan əlavə edib.
O, həmçinin bildirib ki, sentyabrın 19-da axşam saatlarında evlərinin yaxınlığındakı əraziyə mərmi düşüb və xoşbəxtlikdən onlara bir şey olmayıb. Yalnız evə ziyan dəyib, bundan sonra onlar uşaqlarla başqa fərdi evin nisbətən təhlükəsiz hissəsinə keçiblər.