Başlıcaİctimaiyyət

Roma Papası Qarabağda hərbi əməliyyatları dayandırmağa və danışıqlara başlamağa çağırıb

Roma Papası Fransisk Dağlıq Qarabağda hərbi əməliyyatları dayandırmağa və xalqın xeyrinə sülh yolu ilə həll yollarını axtarmağa çağırıb. Bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb.

“Dünən mən onsuz da kritik humanitar vəziyyətdə olan və silahlı toqquşmalar səbəbindən vəziyyətin daha da pisləşdiyi Dağlıq Qarabağdan narahatedici xəbər aldım. 

Mən bütün tərəfləri və beynəlxalq ictimaiyyəti silahlarını susdurmağa və insanların rifahı və insan ləyaqətinə hörmət naminə problemin sülh yolu ilə həlli üçün hər cür səy göstərməyə çağırıram”, – məlumatda deyilir.

Daha çox göstər
Back to top button