
ABŞ dövlət katibi Entoni Blinken Ermənistanı Müstəqillik Günü münasibətilə təbrik edib.
“Ermənistan 1991-ci ildə Sovet İttifaqından müstəqilliyini elan edərkən azadlıq və suverenlik yolunu seçdi. O vaxtdan bəri biz bütün ermənilərin naminə demokratik dəyərlərə, insan hüquqlarının inkişafı və möhkəmləndirilməsinə, qanunun aliliyinə, iqtisadiyyata və ədalətə sadiq olduğunuzun şahidi olduq. Bu dəyərlər bizim öz dəyərlərimizi əks etdirir və biz bu sahələrdə Ermənistanla əməkdaşlıq etməkdən qürur duyuruq.
Biz erməni xalqının demokratik istəklərini, suverenliyini və təhlükəsizliyini dəstəkləməyə davam edəcəyik. Birləşmiş Ştatlar Ermənistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir və biz hamının hüquqlarına hörmət edilən Cənubi Qafqaz regionu üçün davamlı və ləyaqətli sülhün təmin edilməsinə sadiq qalırıq. Biz ikitərəfli münasibətlərimizi və iqtisadi əlaqələrimizi bundan sonra da inkişaf etdirmək istəyirik. Erməni xalqına firavanlıq və sülh arzulayıram”.