
Aİ-nin Ermənistandakı müşahidə missiyası Ermənistan-Azərbaycan sərhəd bölgələrində və cəbhə xəttində patrul xidməti gücləndirib. Aİ-nin müşahidə missiyasının “X”in mikrobloqunda yazı dərc edilib.
“Aİ-nin müşahidə missiyası hər hansı hərbi və təhlükəsizlik hadisələri barədə məlumat vermək üçün Ermənistan-Azərbaycan sərhəd rayonlarında və Sotk kəndi yaxınlığındakı cəbhə xəttində patrul xidməti gücləndirib. Biz mandata və vəziyyətin sabitləşməsinə töhfə verməyə sadiq olduğumuzu bir daha təsdiqləyirik”, – missiyanın bəyanatında deyilir.
Fevralın 20-dən 2 illik mandatla 100 nəfərlik Avropa missiyası ER-də yerləşdirilib.