
Qarabağ ermənilərinin nümayəndəsi Davit Melkumyan Evlaxda Azərbaycan tərəfi ilə görüşdən sonra Reuters agentliyinə bildirib ki, Bakı ilə yekun razılaşma yoxdur, detallar razılaşdırılmalıdır.
Melkumyan qeyd edib ki, Qarabağın erməni əhalisi Bakı ilə barışığa razılaşıb, lakin şərtləri hələ də işləmək lazımdır.
“Bizim hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmamız var, lakin biz yekun razılaşmanı gözləyirik, danışıqlar davam edir” – deyə Davit Melkumyan bildirib.
Eyni zamanda, Əliyevin nümayəndəsi bəyan edib ki, Qarabağ erməniləri ilə Azərbaycan arasında aparılan danışıqlar münaqişəyə son qoyacaq sülh müqaviləsinin bağlanmasına gətirib çıxara bilər. Məlumatlara görə, Qarabağ nümayəndə heyəti Evlaxı tərk edib.
Mətn factor.am-ə məxsusdur.