BaşlıcaBeynəlxalq
Fransa Azərbaycana xəbərdarlıq edir ki, Ermənistanın ərazi bütövlüyü şübhə altına alına bilməz

Fransanın Xarici işlər naziri Ketrin Kolonna BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə sessiyasından əvvəl bildirib ki, Fransa Dağlıq Qarabağ ermənilərinin tarixi və mədəniyyətinə hörmət etməklə onların sülh şəraitində yaşamaq hüququnu təmin edən danışıqlar yolu ilə həllini həmişə dəstəkləyib və dəstəkləyir.
“Bu zəmanət diktənin nəticəsi ola bilməz” – deyə XİN rəhbəri bildirib.
“Biz Azərbaycanı Dağlıq Qarabağ xalqının taleyinə görə məsuliyyət daşıyan hesab edirik” – deyərək Xarici işlər naziri əlavə edib.
“Biz hazırkı hadisələrdən Ermənistanın ərazi bütövlüyünü şübhə altına alacaq bəhanə kimi istifadə etmək cəhdində çox sayıq olacağıq” – deyə nazir Kolona bəyan edib.