
Avropa İttifaqı Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımaq öhdəliyini bir daha təsdiq etməyə çağırır.
Bu barədə Josep Borel bildirdi.
“Biz Azərbaycanı 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq Ermənistanın ərazi bütövlüyünə birmənalı sadiqliyini təsdiqləməyə çağırırıq.
Avropa İttifaqı regionda bütün insanların rifahı naminə davamlı sülhün təmin edilməsi üçün xüsusilə Avropa Şurası sədrinin himayəsi altında, Aİ-nin xüsusi nümayəndəsinin dəstəyi ilə tərəflər arasında dialoqun asanlaşdırılmasına tam sadiqdir”,- bəyanatda deyilir.