BaşlıcaSiyasət

Arman Tatoyan: “Qarabağda baş verənlər əsl faciədir”

Qarabağda baş verənlər əsl faciədir. Bu barədə “Tatoyan” Fondunun rəhbəri, Ermənistanın keçmiş İHM Arman Tatoyan öz Facebook səhifəsində yazıb.

O, qeyd edib: “On minlərlə dinc sakin 9 aya yaxın mühasirədən sonra öz evlərindən və yaşayış məntəqələrindən zorla didərgin düşüb və aclıqdan ölmək məcburiyyətində qalıb.

İnsanlar itib, övladlarını, valideynlərini, qohumlarını tapa bilmirlər, bilmirlər ki, sağdırlar, yoxsa Azərbaycan hərbçiləri tərəfindən öldürülüblər. Şəhərlərlə kəndlər arasında əlaqə kəsilib, yollar işləmir.

Qarabağ əhalisi taqətdən düşmüş, bütün əmlakından, evlərindən məhrum edilmiş, heç bir əlaqəsi, işığı, qazı olmadığı üçün küçələrdə və zirzəmilərdə atəş altında gecələmək məcburiyyətində qalmışlar.

Azərbaycanın silahlı əskərləri qadın, uşaq və qocaları öldürür, yaralayıblar.

Bütün bunları 9 aylıq mühasirədən sonra 120 min etnik erməninin soyqırımından başqa cür təsvir etmək olmaz.

 Bu, Azərbaycan hakimiyyətinin nəzərdə tutduğu siyasətdir, cinayət əməllərinin birgə silsiləsidir”.

Daha çox göstər
Back to top button