
Həftənin əvvəlində Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdan didərgin düşmüş qaçqınların mümkün qruplarını yerləşdirmək, onların yaşayış şəraitini təmin etmək üçün işçi qrupun yaradılması barədə göstəriş verib.
Alınan məlumata görə, bu haqda Paşinyan canlı yayımdaqeyd edib.
Dağlıq Qarabağda yaranmış humanitar böhrana toxunan Baş nazir qeyd edib ki, ER Dağlıq Qarabağdan Ermənistana vətəndaşların köçürülməsinə qadağa qoyulması barədə məlumat yayılıb.
“Laçın dəhlizi 10 aydır bağlıdır. Bütün bu müddət ərzində və indi də Laçın dəhlizinə gedən Ermənistan yolları bir dəqiqə belə bağlanmayıb və bağlanmamaqda davam edir.
Yəni belə bir mövzu yox idi.Üstəlik: mən bu həftənin əvvəlində Dağlıq Qarabağdan didərgin düşmüş qaçqınların mümkün qruplarını yerləşdirmək, onların yaşayış və məişət şəraitini təmin etmək üçün işçi qrupunun yaradılması barədə göstəriş vermişəm” – deyə Baş nazir bildirib.
O, əlavə edib ki, mehmanxana nömrələri bron edilib və on minlərlə yer hazırlanıb. Bütün bunlar həftənin əvvəlində edilibdir.
Proses başlayanda anlaşılan idi ki, bu ssenarilərdən biri ola bilər” – deyərək Paşinyan bildirib.