BaşlıcaSiyasət

TRT-nin Nikol Paşinyanla bağlı Erdoğana aid etdiyi ifadə reallığa uyğun gəlmir

Türkiyənin TRT telekanalının rusdilli Telegram kanalının Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğana ünvanladığı, guya baş nazir Nikol Paşinyanın Azərbaycanın Dağlıq Qarabağa qarşı planlaşdırdığı hərbi əməliyyatlardan xəbəri olduğu ifadəsi ağ yalandır.

Erdoğan ABŞ-da yerləşən “Türk Evi”nin jurnalistləri ilə söhbəti zamanı belə bir açıqlama verməyibdir.

Jurnalist xəbər verir ki, Türkiyənin “Sabah” mətbusunun məlumatına  görə,  Erdoğan Azərbaycanın Dağlıq Qarabağda keçirdiyi hərbi əməliyyatla bağlı jurnalistin sualına cavabında xüsusi olaraq bildirib:

“Əvvəla, qeyd etmək lazımdır ki, Paşinyanın mənim andiçmə mərasimimdə iştirakı vacib idi. Biz artıq buna görə ona təşəkkürümüzü bildirmişik.

Bu son hadisənin Paşinyan və ya Ermənistan dövləti ilə heç bir əlaqəsi yoxdur. Bu, Qarabağda müəyyən qrup erməni silahlılarıyla bağlıdır.

Onların prezident seçkiləri keçirmək cəhdi həm Paşinyanı, həm də Azərbaycanı ciddi narahat edirdi.Çünki Azərbaycan bu hadisəyə “mövcud proseslərə balta vurmaq meyli” kimi baxırdı.

Daha çox göstər
Back to top button