ArtsaxBaşlıcaSiyasət

Vəziyyətin daha da pisləşəcəyi təqdirdə müvafiq tədbirlər görməyə hazırdır: Borel

Mülki əhalinin hərbi və ya digər vasitələrlə Dağlıq Qarabağdan məcburi köçürülməsinə Avropa İttifaqı tərəfindən sərt reaksiya veriləcək, Aİ vəziyyətin daha da pisləşəcəyi təqdirdə müvafiq tədbirlər görməyə hazırdır.

Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bildirdi. 

“Avropa İttifaqı Azərbaycanın Dağlıq Qarabağın erməni əhalisinə qarşı hərbi əməliyyatlarını pisləyiir”, – bəyanatda deyilir.

Aİ hərbi əməliyyatların dərhal və tam dayandırılmasını və atəşkəs rejiminə əməl olunmasını gözləyir.

“Aİ Azərbaycanı Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü ilin fevral və iyul tarixlərində qəbul etdiyi qərarlara uyğun olaraq, ehtiyacı olan əhaliyə, o cümlədən Laçın dəhlizinin tam yenidən açılması yolu ilə humanitar yardımların dərhal və maneəsiz çıxışına icazə verməyə çağırır. Humanitar aktyorlar sərbəst hərəkət edə bilməlidirlər.

Mülki əhalinin hərbi və ya digər vasitələrlə zorla köçürülməsinə Aİ-dən sərt cavab veriləcək. Aİ vəziyyətin daha da pisləşəcəyi təqdirdə müvafiq tədbirlər görməyə hazırdır”,- o qeyd edib. 

Daha çox göstər
Back to top button