HRW: Qarabağda Bakının öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün beynəlxalq monitorinq lazımdır

“Human Rights Watch” yazır ki, Dağlıq Qarabağda minlərlə mülki şəxs ən kəskin humanitar ehtiyaclarla üzləşir. Hərbi müdaxilə regionda kəskin ərzaq, dərman, gigiyena ləvazimatları və digər əsas tələbat mallarının çatışmazlığından sonra baş verib.
Belə ki, Azərbaycan 9 aydan çox müddət ərzində regionda avtomobil və piyadaların hərəkətini dayandırıb.
“Azərbaycan hakimiyyəti Dağlıq Qarabağın etnik erməni əhalisinin təhlükəsizliyini təmin etmək və humanitar yardımın dərhal təmin edilməsi yolu ilə humanitar ehtiyacları ödəmək üçün təcili addımlar atmalıdır.
Azərbaycan Ermənistana müvəqqəti təxliyə etmək istəyən mülki şəxslərə, habelə təcili tibbi yardıma ehtiyacı olan şəxslərə geri qayıtmaq hüququna hörmət edərək, oranı tərk etməyə icazə verməlidir.
Dağlıq Qarabağa ərzaq, dərman və digər humanitar ehtiyacların daşınmasına bir neçə istiqamətdən, o cümlədən Ermənistan ərazisi ilə icazə verilməlidir.
Azərbaycanın insan hüquqları sahəsində, xüsusən də Dağlıq Qarabağın etnik erməni əhalisinə qarşı öhdəliklərini yerinə yetirməsi üçün beynəlxalq monitorinq lazımdır.
Azərbaycan Ermənistana müvəqqəti təxliyə etmək istəyən mülki şəxslərə, habelə təcili tibbi yardıma ehtiyacı olan şəxslərə geri qayıtmaq hüququna hörmət etməklə, oranı tərk etməyə icazə verməlidir.
Dağlıq Qarabağa ərzaq, dərman və digər humanitar ləvazimatların daşınmasına bir neçə istiqamətdən, o cümlədən Ermənistan ərazisi ilə icazə verilməlidir.