BaşlıcaSiyasət

M. Aleksandrov: Rusiya heç nə etmək istəmir

Ermənistan Dağlıq Qarabağda hökm sürən məsələdə  vəziyyətlə bağlı heç nə edə bilməz, Rusiya heç nə etmək istəmir. Bu haqda  NEWS.am-ın jurnalist ilə  söhbətində rus politoloq Mixayil Aleksandrov  qeyd edib.

Ekspert Rusiyanın atdığı addımları müvəqqəti çıxış yolu adlandırıb ki, Dağlıq Qarabağda qırğın olmasın.

“Lakin uzunmüddətli perspektivdə ermənilər orada qala bilməyəcək, onlar getməli və ya təzyiqlərə, alçaldılmalara məruz qalacaqlar və nəhayət, onsuz da getməli olacaqlar” – deyə Aleksandrov bildirib.

Politoloq əlavə edib ki, Ermənistan istəsə, indi heç nə edə bilməz, çünki etirazlar ölkə rəhbərliyində dəyişikliklə nəticələnsə belə, onun məsələni həll etmək üçün hərbi gücü yoxdur.

Onun sözlərinə görə, Ermənistan ordusunun qüdrətini gücləndirmək və Dağlıq Qarabağı geri almaq üçün çox vaxt lazımdır.

“Ermənilərin Dağlıq Qarabağda qalmaları üçün bu gün beynəlxalq ictimaiyyət addımlar atmalıdır.

Yalnız Azərbaycana qarşı sanksiyalar tətbiq etmək və ağır nəticələrlə hədələmək olar. ABŞ Konqresində Azərbaycana təzyiq göstərmək üçün yaxşı qətnamə təklif olundu.

Amma orada belə konqresmenlər azdır və əsas struktur Azərbaycanı gələcəkdə Rusiyaya qarşı istifadə etmək istədikləri mühüm ölkə hesab edir.

Ona görə də çətin ki, Azərbaycana qarşı ciddi nəsə etsinlər. Avropa Birliyi isə baş verənləri qınaya bilmədi, çünki macarlar müdaxilə etdilər” – deyərək o, vurğulayıb.

Ekspert hesab edir ki, hətta sanksiyalar da vəziyyəti dəyişə bilərdi, BMT Nizamnaməsinin 7-ci fəslinin (məcburi tədbirlər və sülhməramlı qüvvələrin yerləşdirilməsi) tətbiqi də öz rolunu oynaya bilərdi.

“Lakin heç kim Azərbaycana qarşı sanksiyalar belə tətbiq etməyib” – deyərək  politoloq xatırladıb.

Aleksandrov hesab edir ki, ermənilər getsə, rus sülhməramlılarısa  da indi olmasa  da, 2025-ci ildə gedəcək.

“Bu, yalnız zaman məsələsidir” – deyərək  o, qeyd edib.

Daha çox göstər
Back to top button