BaşlıcaSiyasət

Nikol Paşinyan: “ER heç vaxt müttəfiqlərinə xəyanət etməyib”

“Ermənistan Respublikası heç vaxt müttəfiqlik öhdəliklərindən əl çəkməyib və müttəfiqlərinə xəyanət etməyib”.

Bu barədə bir müddət əvvəl ER Baş naziri Nikol Paşinyan çıxışında bildirib.

“Hadisələrin təhlili göstərir ki, təhlükəsizlik sistemləri və uzun illər etibar etdiyimiz müttəfiqlər öz zəif tərəflərimizi nümayiş etdirmək və erməni xalqının müstəqil dövlətə malik olmasının mümkünsüzlüyünə haqq qazandırmaq vəzifəsini qarşıya qoyublar.

Üstəlik, belə bir siyasətin 2018-ci ildə Ermənistanda baş vermiş demokratiya, zorakı olmayan , məxməri inqilabın qurduğu hakimiyyətlə heç bir aidiyyatı yoxdur .

Biz tərəfdaşlarımızı dövlətçiliyimizə və suverenliyimizə hörmət etməyə çağırmışıq  və indi də çağırırıq, dövlətçiliyimizi, suverenliyimizi, demokratiyamızı, xarici və daxili təhlükəsizliyimizi möhkəmləndirmək əzmində olduğumuzu bildiririk.

Biz beynəlxalq ictimaiyyəti Ermənistanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və demokratiyasına sarsılmaz dəstəyi ifadə etməyə çağırırıq.

Qarşılıqlı faydalı addımlara hazır olan bütün tərəfdaşlarla əməkdaşlıq edərək ER-nin xarici və daxili təhlükəsizlik alətlərini transformasiya etmək və zənginləşdirmək lazımdır” –  deyərək Nikol Paşinyan bildirib.

Daha çox göstər
Back to top button