
Bölgədə sülhün və sabitliyin bərqərar olmasına inam və istək sahibi olan ER hökuməti bu məqsədlə ciddi səylər göstərib, lakin təəssüf ki, onun bu işdə Azərbaycan timsalında tərəfdaşı yoxdur, ER XİN rəhbəri Ararat Mirzoyan X sosial şəbəkəsində yazıb.
“Təəssüf ki, sülhün bərqərar olmasında tərəfdaşımız yox, çünki bu ölkə açıq şəkildə bəyan edir ki, “Güc haqqını doğurur” və güc tətbiq edir.
BMT-nin 78-ci Assambleyası zamanı Azərbaycanın təcavüzü Nyu-Yorkda toplaşan beynəlxalq ictimaiyyətə açıq-aşkar etinasızlığı göstərir. Mesaj aydındır: “Sülhdən danışa bilərsiniz, biz müharibəyə gedə bilərik və siz heç nəyi dəyişdirə bilməyəcəksiniz”. Beynəlxalq ictimaiyyət, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın təcavüzünü pisləmək üçün güclü siyasi iradə nümayiş etdirməlidir”, – Mirzoyan bildirib.