BaşlıcaBeynəlxalq
Valeri Buaye: “Azərbaycan Qarabağ ermənilərinin qırğını ilə məhdudlaşmayacaq”

Azərbaycan Qarabağda ermənilərin qırğını ilə məhdudlaşmayacaq. Bu barədə fransalı senator Valeri Buaye bəyan edib.
“Ermənistan öz ərazisində Türkiyənin dəstəyi ilə Azərbaycan tərəfindən bir neçə dəfə hücuma məruz qalıb. Fransanın sabah müdaxilə etməsi və BMT qüvvələri ilə birlikdə erməniləri və onların ərazi bütövlüyünü qoruması son dərəcə vacibdir” – deyərək senator bildirib.
“Gəlin özümüzü aldatmayaq. Azərbaycan Qarabağ ermənilərinin qırğını ilə məhdudlaşmayacaq. Mən başa düşə bilmirəm ki, Ukrayna üçün səfərbər olan beynəlxalq ictimaiyyət niyə erməniləri tərk edir.
Biz bir daha etnik təmizləmənin sükut edən şahidləriyik” – deyərək Buaye qeyd edib.