BaşlıcaSiyasət

Almaniya XİN Qarabağdakı erməni əhalisinin vəziyyətindən narahatlığını bildirib

Almaniya hakimiyyəti Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə izləyir və regiondakı erməni əhalisinin durumundan narahatdır.

Jurnalistin  “TASS”a istinadən verdiyi məlumata görə, bu haqda Almaniya Xarici işlər nazirliyinin nümayəndəsi jurnalistlərlə keçirdiyi brifinqdə qeyd edib.

“Biz həftəsonu vəziyyəti çox diqqətlə izləyirdik və Dağlıq Qarabağdakı erməni əhalisinin vəziyyətindən olduqca  narahatıq” – deyərək əlavə edib ki,  ötən həftə Azərbaycanın Dağlıq Qarabağa qarşı hərbi güc tətbiq etməsini qəbuledilməz hesab edib.

Etnik ermənilərin qovulması və ya məcburi köçürülməsi qəbuledilməzdir” – deyərək Almaniya Xarici işlər nazirliyinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti Dağlıq Qarabağda mülki əhalinin hüquqlarının müdafiəsini və silahlı qüvvələr tərəfindən beynəlxalq humanitar hüquq normalarına riayət olunmasını təmin etməlidir.

“Bu addımlarla biz Azərbaycanla bağlı bir nəticəyə gələcəyik” – deyərək XİN nümayəndəsi əlavə edib. O, Rusiya Federasiyasının Dağlıq Qarabağdakı sülhməramlılarının da mülki əhalinin müdafiəsinə töhfə verməyə borclu olduğunu vurğulayıb.

O, xatırladıb ki, regionda AB müşahidəçiləri işləyir. “AB missiyası sərhədin yalnız Ermənistan tərəfində fəaliyyət göstərir və odur ki, Dağlıq Qarabağdan hesabat verə bilməz” – deyərək XİN vurğulayıb.

Daha çox göstər
Back to top button