
Avropa Komissiyası Dağlıq Qarabağda şiddətlənən döyüşlərdən zərər çəkmiş insanlara dəstək olmaq üçün 500 min avro dəyərində humanitar yardım səfərbər edir.
“Zorakılıqdan qaçan minlərlə insan indi evlərini tərk etmək məcburiyyətində qalıb və köməyə ehtiyacı var. Aİ-nin humanitar yardımı bu insanlara maliyyə, həmçinin sığınacaq, psixoloji və sosial dəstək vasitəsilə onların əsas ehtiyaclarını ödəməyə kömək edəcək.
Bu fövqəladə maliyyələşdirmə Aİ-nin bu ilin əvvəlində Dağlıq Qarabağdakı böhranla mübarizə üçün öhdəliyinə götürdüyü 1,17 milyon avroluq humanitar yardıma əlavə olaraq gəlir.
Aİ yerdəki humanitar tərəfdaşları ilə sıx təmasdadır və vəziyyətin daha da gərginləşəcəyi təqdirdə artan humanitar ehtiyacları qarşılamağa hazırdır.