Başlıcaİctimaiyyət

Azərbaycanın Gürcüstanla quru sərhədi yanvarın 2-dək bağlı qalacaq

Müvafiq qərar Azərbaycan hökuməti tərəfindən qəbul edilib.

Ölkənin quru sərhədləri 2020-ci ilin yazından  bağlanıb. Bakı koronavirus pandemiyası ilə əlaqədar karantin rejimini “zəruri olduğu müddətcə” saxlayacağını açıqlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı may ayında pandemiyanın başa çatdığını elan etdikdən sonra Azərbaycan sərhədləri bağlı saxlamaq qərarını iki dəfə uzadıb.Bu haqda “Новости-Грузия”  məlumatlandırıb.

Bütün bu müddət ərzində Gürcüstandan Azərbaycana giriş yalnız hava nəqliyyatı ilə mümkündür. Avqust ayında Gürcüstanda yaşayan etnik azərbaycanlılar Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək insanların bir-birinin yanına  getməsi üçün quru sərhədlərinin açılmasını xahiş ediblər

Daha çox göstər
Back to top button