BaşlıcaBeynəlxalq
Dövlət Departamenti: “ABŞ DQ üçün beynəlxalq missiya formalaşdırmaq istiqamətində işləyir”
Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanın Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi üzrə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edəcək beynəlxalq missiyanın formalaşdırılması üzərində işləyir.
“Biz hesab edirik ki, Dağlıq Qarabağ xalqına və beynəlxalq ictimaiyyətə şəffaflıq, inam və onların hüquqlarının və təhlükəsizliyinin Azərbaycanın ictimai bəyanatlarına uyğun olaraq qorunacağına əminlik təmin etmək üçün beynəlxalq missiyaya ehtiyac duyulur”- deyə Miller brifinq jurnalistlərə bəyan edib.
O, əlavə edib ki, belə bir təşəbbüs “aktiv şəkildə müzakirə olunur” və ABŞ bu istiqamətdə müttəfiqləri ilə işləyir.