BaşlıcaSiyasət

Dövlət Departamenti Rusiyanın Paşinyanın tənqidinə münasibət bildirib: Rusiyaya beynəlxalq tərəfdaş kimi etibar etmək olmaz

Rusiya özünün etibarlı təhlükəsizlik tərəfdaşı olmadığını göstərdi.

Bunu Dövlət Departamentinin rəsmisi Metyu Miller Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanın Baş naziri Nikol Paşinyana ünvanladığı tənqidi fikirləri şərh edərkən deyib.

“Rusiyaya beynəlxalq tərəfdaş kimi etibar etmək olmaz. Rusiyanın beynəlxalq məkana və üzr istəyirəm, digər ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətinə gəlincə, düşünürəm ki, biz onun hərəkətlərindən gördük ki, bu, onun riayət etdiyi prinsip deyil”.

Daha çox göstər
Back to top button