
Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan İran İslam Respublikasının Ermənistan Respublikasına yeni təyin olunmuş Fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhanini qəbul edib.
Ermənistan Baş nazirinin iş heyətindən alınan məlumata əsasən, Nikol Paşinyan səfiri yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və onun fəaliyyəti dövründə Ermənistan-İran münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə ümid etdiyini bildirib.
Nikol Paşinyan vurğulayıb ki, regionda yaranan çətin dövrdə iki ölkə fəal ünsiyyət saxlamalıdır.
Baş nazir vurğulayıb ki, İran Respublikasının Prezidenti İbrahim Rəisi ilə etibarlı dialoq mövcuddur və bu, Ermənistan-İran qarşılıqlı əlaqələrinin ardıcıl dərinləşməsinə yardım edir.
Mehdi Sobhani səmimi qəbula görə təşəkkür edib və İran hökumətinin Ermənistanla bütün sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb.
Səfir Ermənistanın ərazi bütövlüyünün qorunması ilə bağlı İran tərəfinin aydın mövqeyini bir daha vurğulayıb.
Cənab Sobhani Dağlıq Qarabağda hökm sürən humanitar vəziyyətlə bağlı narahatlığını ifadə edib və Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin və hüquqlarının qorunmasının vacibliyini vurğulayıb.
Həmsöhbətlər Ermənistan-İran münasibətlərinin gündəmində olan bir sıra məsələlərə toxunublar. O cümlədən, iqtisadiyyat, ticari-iqtisadi əlaqələr, infrastrukturun inkişafı, səhiyyə, təhsil, elm, mədəniyyət və digər istiqamətlərdə birgə proqramların icrası ilə bağlı mövzular müzakirə olunub.