
İspaniya Krallığının Ermənistan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Markos Qomes Martinez Ermənistanda Avropa Birliyinin müşahidə missiyasının Kapanın operativ yerləşdiyi əraziyə gedib.
Alınan məlumata görə, bu barədə AB-nin ER-da olan müşahidə missiyasının mətbuat xidməti X mikrobloqunda məlumatlandırıb.
“AB-nin müşahidə missiyası İspaniyanın Ermənistandakı səfiri Markos Qomez Martinezin başçılıq etdiyi nümayəndə heyətini Avropa Birliyinin Ermənistandakı müşahidə missiyasının fəaliyyət göstərdiyi Kapan şəhərində qəbul etməkdən məmnun olduğunu bildirib.
Müşahidəçilərimiz nümayəndə heyətini Kapan hava limanına və Ermənistan-Azərbaycan sərhədyanı rayonlarına aparıb.
Burada shərbi və təhlükəsizlik sahəsində ən son yenilikləri və onların yerli əhalinin həyatına təsirini təqdim ediblər” – deyərək məlumatda qeyd olunur.